• Alıcı həftənin istənilən günü ərzində Satıcıya Malları sifariş edə bilər. Hər bir Satış nöqtəsi üçün verilən sifarişin aşağı miqdarı 300 (üç yüz) manat dəyəri ilə ölçülən miqdardan az olmamalıdır. Sifarişlər əlavə razılaşmalada  göstərilən elektron poçt ünvanları vasitəsilə edilir.

 

  • Əgər Alıcı sifarişdə müəyyən etdiyi gün ərzində sifarişin icra olunmasını gözləyirsə, həmin sifarişi ən azı əvvəlki günün saat 18:00-dan gec olmayaraq göndərməlidir. Satıcı, sifarişin icrası günündən əvvəlki günün saat 18:00-dan sonra göndərilən sifarişlərin icrasına görə məsuliyyət daşımır.

 

  • Sifarişdə Malların Siyahısında qeyd edilən Malların kodları, adları, kilogramlarla olçülən kəmiyyəti və Satış nöqtəsinin kodu, adı və ünvanı və sifarişin icra olunası gün və vaxt dəqiq göstərilməlidir. Bu şərtin Satıcı tərəfindən dəqiq riayət olunmadığı təqdirdə Mallar dəqiq çeşidlə, kəmiyyətdə çatdırılmadıqda və ya gec çatdırıldıqda, Satıcı məsuliyyət daşımır. Hər bir halda Malların Bakı, Sumqayıt və Abşeron rayonu daxilində yerləşən Satış nöqtələrinə 2 (iki) saatadək, Azərbaycanın digər bölmələrində yerləşən Satış nöqtələrinə isə 3 (üç) saatadək gec çatdırılması bu Müqavilənin Satıcı tərəfindən pozulması hesab edilmir.

 

  • Satıcı öz cavab məktubu ilə Alıcının saat 18:00-dan əvvəl daxil olduğu sifarişini 60 (altmış) dəqiqə ərzində qəbul etməli. Alıcının saat 18:00-dan sonra daxil olduğu sifarişlər isə 24 (iyirmi dörd) saat ərzində qəbul edilir. Satıcı ağlabatan olmayan səbəblərə sifarişi qəbul etməkdən imtina edə bilməz. Satıcı üçün sifarişi qəbul etməməsinin əsaslardan biri Malların Satıcının anbarında mövcüd olmaması ola bilər.

 

  • Malın Alıcının Satış nöqtəsinə çatdırılması və ya oradan geri götürülməsi Satıcının hesabına həyata keçirilir.

 

  • Malların müvafiq Satış nöqtəsində daşınma və yükləmə-boşaltma işləri tamamlandığı vaxtda “Malların təhvil-qəbul aktı» hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. 

 

  • Satıcı Alıcının müvafiq Satış nöqtəsinə təqvim ayı ərzində satdığı Mallara dair növbəti təqvim ayının 3-nə qədər müvafiq elektron qaimə-fakturasını verir və Alıcı həmin elektron qaimə-fakturasını alandan 3 (üç) iş günü ərzində təsdiq edir.

 

  • Alıcı tərəfindən “Təhvil-qəbul aktı”nı və digər sənədlər yalnız Alıcının adından verilən etibarnamə əsasında səlahiyyətləndirilmiş təltəbhesab şəxs(lər) imzalamalıdır. Əgər hər hansı səbəbdən Alıcı təltəbhesab şəxs(lər)ə verilən etibarnaməni ləğv edirsə, Satıcını bu hal barədə etibarnamənin ləğv edildiyi gündən etibarən bir gün ərzində məlumatlandırmalıdır.  Alıcı etibarnamənin ləğvi barədə Satıcını bir gün ərzində məlumatlandırmadıqda, Satıcıya güvvədən düşmüş etibarnamə əsasında Malların buraxması nəticəsində dəymiş bütün zərərlərin ödənilməsini öz öhdəsinə götürür.

 

  • Satıcı bu Müqavilə əsasında Alıcının ilk sifarişini qəbul olunmazdan qabaq Alıcından VÖEN şəhadətnaməsinin və Alıcı hüquqi şəxsdirsə onun nizamnaməsinin (əsasnaməsinin) və Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən son Çıxarışının Alıcının səlahiyyətli şəxsi tərəfindən imzalanmış və onun əsas möhürü ilə təsdiq olunmuş surətlərin təqdim olunmasını tələb edir.