Müqavilə predmetləri

1.1. Bu Müqаvilənin prеdmеti meyvə və tərəvəzlərin (bundan sonra "Mallar" adlandırılan) Аzərbаycаn Rеspublikаsının ərаzisində (Sаtış ərаzisi) sаtışı bаrədə “Satıcı” və “Alıcı” аrаsındа оlаn ümumi rаzılаşmаdır. 

  1. “Satıcı” bu Müqаvilə imzаlаndığı аndаn bu Müqavilədə nəzərdə tutulan qaydada Tərəflər arasında razılaşdırılmış vaxtda və qiymətlərlə Mаllаrı “Alıcı”-ya təqdim etməyi öz öhdəsinə götürür. 
  2.  Malların kodları, adları, növləri, çeşidləri və qiymətləri bаrədə dаhа ətrаflı məlumаt bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokollarındakı (Müqaviləyə əlavələrdə) qiymət siyahısında (bundan sonra "Qiymət Sıyahısı" adlandırılan) göstərilmişdir. 
  3.  Satıcı Alıcı ilə yanaşı Malları bаşqа alıcılara sata bilər.
  4.  Tərəflər öz aralarında bağladıqları və bu Müqavilənin tərkib hissəsi hesab edilən əlavə razılaşmada Mallar çatdırılacaq hər bir ayrı satış nöqtəsinin (bundan sonra “Satış nöqtəsi” adlandırılan) adı, ünvanı və kodu göstərilir. Bundan başqa əlavə razılaşmada aşağıdakılar öz əksini tapmalıdır:

 

  •  Satıcının Alıcıya tətbiq olunacaq endirim və bonuslar sistemi (əgər razılaşarlarsa);
  • Malların qablaşdırılması üsulu;
  • Bu Müqavilənin icrası üçün məsul olan Tərəflərin nümayəndələrinin adları, vəzifələri və əlaqə məlumatları;
  • Tərəflərin razılaşdırdığı bu Müqaviləyə zidd olmayan hər hansı digər şərtlər.

2.1. Malların qiyməti və qiymətlərin qüvvədə olma müddəti “Satıcı” tərəfindən “Alıcı”-ya göndərilən həftəlik qiymət cədvəllərinə (prays list) əsasən təyin olunur. “Satıcı” həftəlik qiymət cədvəlini hər həftənin 1-ci iş günündə e-mail vasitəsi ilə “Alıcı”-ya göndərir.

2.2. Bu Müqavilənin 3.5-ci və 3.6-cı maddəsindəki şərtlər nəzərə alınmaqla, Alıcının müvafiq Satış nöqtəsi Satıcıdan təqvim ayı ərzində aldığı Malların qiymətini növbəti təqvim ayının 10-na qədər tam şəkildə ödəməlidir. “Alıcı” malların dəyərini müqavilədə göstərilən bank hesabına, ƏDV məbləğini “Satıcı”-nın ƏDV sub-uçot hesabına köçürtməyi öhdəsinə götürür.

2.3. Alıcı Satıcıdan sifariş etdiyi Malları yalnız bu Müqavilənin 4.2-ci bəndində göstərilən qaydada Satıcıdan qəbul etməməyə bilər.

3.1. Alıcı həftənin istənilən günü ərzində Satıcıya Malları sifariş edə bilər. Hər bir Satış nöqtəsi üçün verilən sifarişin aşağı miqdarı 300 (üç yüz) manat dəyəri ilə ölçülən miqdardan az olmamalıdır. Sifarişlər əlavə razılaşmalada  göstərilən elektron poçt ünvanları vasitəsilə edilir. 

3.2. Əgər Alıcı sifarişdə müəyyən etdiyi gün ərzində sifarişin icra olunmasını gözləyirsə, həmin sifarişi ən azı əvvəlki günün saat 18:00-dan gec olmayaraq göndərməlidir. Satıcı, sifarişin icrası günündən əvvəlki günün saat 18:00-dan sonra göndərilən sifarişlərin icrasına görə məsuliyyət daşımır. 

       Sifarişdə Malların Siyahısında qeyd edilən Malların kodları, adları, kilogramlarla olçülən kəmiyyəti və Satış nöqtəsinin kodu, adı və ünvanı və sifarişin icra olunası gün və vaxt dəqiq göstərilməlidir. Bu şərtin Satıcı tərəfindən dəqiq riayət olunmadığı təqdirdə Mallar dəqiq çeşidlə, kəmiyyətdə çatdırılmadıqda və ya gec çatdırıldıqda, Satıcı məsuliyyət daşımır. Hər bir halda Malların Bakı, Sumqayıt və Abşeron rayonu daxilində yerləşən Satış nöqtələrinə 2 (iki) saatadək, Azərbaycanın digər bölmələrində yerləşən Satış nöqtələrinə isə 3 (üç) saatadək gec çatdırılması bu Müqavilənin Satıcı tərəfindən pozulması hesab edilmir.  

3.3. Satıcı öz cavab məktubu ilə Alıcının saat 18:00-dan əvvəl daxil olduğu sifarişini 60 (altmış) dəqiqə ərzində qəbul etməli. Alıcının saat 18:00-dan sonra daxil olduğu sifarişlər isə 24 (iyirmi dörd) saat ərzində qəbul edilir. Satıcı ağlabatan olmayan səbəblərə sifarişi qəbul etməkdən imtina edə bilməz. Satıcı üçün sifarişi qəbul etməməsinin əsaslardan biri Malların Satıcının anbarında mövcüd olmaması ola bilər. 

3.4. Malın Alıcının Satış nöqtəsinə çatdırılması və ya oradan geri götürülməsi Satıcının hesabına həyata keçirilir.

3.5. Malların müvafiq Satış nöqtəsində daşınma və yükləmə-boşaltma işləri tamamlandığı vaxtda “Malların təhvil-qəbul aktı» hər iki Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır.  

3.6. Satıcı Alıcının müvafiq Satış nöqtəsinə təqvim ayı ərzində satdığı Mallara dair növbəti təqvim ayının 3-nə qədər müvafiq elektron qaimə-fakturasını verir və Alıcı həmin elektron qaimə-fakturasını alandan 3 (üç) iş günü ərzində təsdiq edir.

3.7. Alıcı tərəfindən “Təhvil-qəbul aktı”nı və digər sənədlər yalnız Alıcının adından verilən etibarnamə əsasında səlahiyyətləndirilmiş təltəbhesab şəxs(lər) imzalamalıdır. Əgər hər hansı səbəbdən Alıcı təltəbhesab şəxs(lər)ə verilən etibarnaməni ləğv edirsə, Satıcını bu hal barədə etibarnamənin ləğv edildiyi gündən etibarən bir gün ərzində məlumatlandırmalıdır.  Alıcı etibarnamənin ləğvi barədə Satıcını bir gün ərzində məlumatlandırmadıqda, Satıcıya güvvədən düşmüş etibarnamə əsasında Malların buraxması nəticəsində dəymiş bütün zərərlərin ödənilməsini öz öhdəsinə götürür.

3.8. Satıcı bu Müqavilə əsasında Alıcının ilk sifarişini qəbul olunmazdan qabaq Alıcından VÖEN şəhadətnaməsinin və Alıcı hüquqi şəxsdirsə onun nizamnaməsinin (əsasnaməsinin) və Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən son Çıxarışının Alıcının səlahiyyətli şəxsi tərəfindən imzalanmış və onun əsas möhürü ilə təsdiq olunmuş surətlərin təqdim olunmasını tələb edir.

4.1. Malların Satıcının nəqliyyat vasitəsindən boşaldılması zamanı Malların məhv olunması və ya təsadüfi zədələnməsi riskini Satıcı daşıyır. Malın boşaldılması Alıcının işçiləri tərəfindən həyata keçirildiyi zaman Malların məhv olunması və ya təsadüfi zədələnməsi riski Alıcıya keçir.

4.2. Malların Alıcı tərəfindən qəbulu zamanı Malların kəmiyyət və ya keyfiyyət üzrə sifarişə uyğun olmadığı aşkar olunduqda Alıcı dərhal Satıcını xəbərdar edir və yerində aşağıdakı hərəkətlərdən birini edir:

  • Sifarişin yalnız uyğun olan hissəsini qəbul edir;
  • Satıcı tərəfindən çatdırılmış və Alıcı tərəfindən qəbul edilmiş Mallar lazımi keyfiyyətli mal hesab olunur və mübahisələndirilmir. 

4.3. Malların keyfiyyəti, markalanması, tara və qablaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. Bir qayda olaraq, Mallar standart sellofanlı paketlərdə qablaşdırılacaq.

4.4. Malların qablaşdırılması (tarası) daşınma və yükləmə-boşaltma işləri vaxtı onun keyfiyyəti və salamatlığının mühafizəsini təmin etməlidir.

5.1. Bu Müqаvilə hər iki Tərəf оnu imzаlаdıqdаn sоnrа qüvvəyə minir. Müqаvilə müddəti 1 il müəyyən оlunur və Tərəflərdən biri bu müddət bitməmişdən, 14 (on dörd) təqvim günüdən gеc оlmаmаq şərti ilə yazılı şəkildə Müqаviləni ləğv еtməzsə, Müqаvilə müddəti аvtоmаtik оlаrаq bir il uzаdılır. Həmin avtomatik uzadılma şərti gələcək müddətlərin uzadılmasına da tətbiq olunur.

5.2. İstənilən Tərəf Müqаviləni ciddi səbəblərə görə dərhal ləğv еdilə bilər, Tərəflər üçün, хüsusilə аşаğıdаkı ciddi səbəblər əsаs götürülür:

 

  • İstənilən Tərəf bu Müqаvilənin müddəаlаrını kоbud surətdə pоzduqda;
  • Alıcı bu Müqavilənin 2.3-cü bəndinin müddəalarını pozduqda;
  • bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulan hallar 1 (bir) təqvim ayı ərzində 10 (on) dəfədən çox baş verdikdə;
  • Alıcı hər hansı qarşısıalınmaz qüvvənin (fors-major) təsiri altında bu Müqavilənin istənilən şərtini 30 (otuz) təqvim günündən çox icra edə bilmədikdə.

 

5.3. Bütün digər hallarda, Müqaviləni hər hansı Tərəf digər Tərəfə 14 (on dörd) təqvim günü qabaqcadan yazılı bildiriş təqdim etməklə ləğv edə bilər. 

5.4. Müqavilə ləğv olunduğuna baxmayaraq, Tərəflərin bir birinə borclu olduqları məbləğlər və əmlaklar qaytarılmalıdır.

6.1. Əgər Alıcı yuxarıdakı 2.3-cü bəndində göstərilən müddətə riayət etməsə, hər gecikmə günü üçün ödənilməmiş Malların qiymətlərinin 0.2 % miqdarında dəbbə pulunu ödəməlidir. 

6.2. Dəbbə pulunun ödənilməsi Alıcını bu Müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir.

6.3. Alıcının Satıcı qarşısında gecikdirilmiş borc məbləği yarandığı andan Alıcı həmin borc məbləğinin tam ödədiyinə qədər Alıcının bu Müqavilə əsasında verilən mövcгd və yeni sifarişlərini icra etməyi dayandıra və/və ya gələcək sifarişləri Alıcıya yalnız qabaqcadan ödəniş şərti ilə icra edə bilər. 

6.4. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

7.1. Bu Müqavilənin icrası ərzində və ya nəticəsində Tərəflərin biri-birinə təqdim etdikləri, bildirdikləri və ya açıqladıqları bütün məlumat (şifahi və ya yazılı şəkildə təqdim edilməsindən asılı olmayaraq), xüsusilə Tərəflər arasında razılaşdırılmış qiymətlərə dair hər hansı məlumatlar məxfi (bundan sonra “Məxfi Məlumat» adlanacaq) sayılacaq.

7.2.  Bu Müqavilənin qüvvədə olduğu bütün müddət və həmin müddətdən sonrakı 5 (beş) təqvim ili ərzində Tərəflər Məxfi Məlumatların tam məxfi saxlanılmasını təmin edəcəklər.

7.3. Məxfi Məlumatın açıqlanması digər Tərəfin qabaqcadan verilmiş yazılı razılığı əsasında və ya müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mümkündür.

8.1. Tərəflərdən biri və ya hər ikisi hökumət tədbirləri, müharibə, yanğın, zəlzələ, ümumilikdə qarşısı alınmaz hallar adlandırılan digər təbii fəlakətlər, hərbi əməliyyatlar, blokadalar, idxal-ixrac qadağaları və Tərəflərin ağlabatan qaydada gözləyə və qarşısını ala bilmədikləri digər hallar nəticəsində bu Müqavilədə göstərilən öhdəlikləri icra edə bilmədikdə, Müqavilə öhdəliklərinin icrası belə hallar aradan qalxanadək təxirə salınır.

8.2. Əgər Tərəflərdən hər hansı biri yuxarıdakı bənddə göstərilmiş hallara görə öz Müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, o dərhal belə hallar barədə ikinci Tərəfi xəbərdar etməlidir.

8.3.  Fors-major halı 30 (otuz) gündən artıq davam edərsə, hər hansı Tərəf bu Müqaviləni ləğv etmək hüququna malik olacaq.

9.1. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir.

9.2. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.

10.1.Əgər bu Müqavilənin hər hansı müddəası etibarsız və ya icra oluna bilməyən hesab edilsə,   bu halda bu müddəanın heç bir qüvvəsi olmur və bu müddəa hər hansı digər müddəalara xələl gətirməmək şərti ilə Müqavilədən çıxarılmış hesab olunur. Bu halda Tərəflər ağlabatan müddət ərzində hər hansı etibarsız və ya icra oluna bilməyən müddəanı etibarlı və icra oluna bilən müddəa ilə dəyişdirmək üçün mümkün olan səylər göstərməlidir.

11.1. Bu Müqaviləyə və ya əlavə razılaşmalarda hər-hansı bir əlavə və dəyişikliklər yalnız Tərəflərin qarşılıqlı yazılı (hər iki Tərəfin imza və möhürləri ilə) razılıqları ilə еdilə bilər.

11.2. Bu Müqavilənin bütün əlavələri onun ayrılmaz tərkib hissəsidir. Müqavilənin əsas mətni və onun əlavələrin mətnləri arasında hər-hansı uyğunsuzluq aşkar olunarsa, Müqavilənin əsas mətninə üstünlük veriləcək.

11.3. Bu Müqavilə üzrə istənilən Tərəfin hüquq və öhdəliklərinin üçüncü tərəflərə ötürülməsinə yalnız Müqavilənin digər Tərəfinin yazılı razılığı olduqda yol verilir.

11.4. Bütün bildirişlər, yazışmalar və s. yazılı şəkildə aşağıda göstərilən ünvanlara qеydiyyatdan kеçmiş məktubla, şəхsi çatdırılma yоlu ilə və ya əlavə razılaşmalarda göstərilən elektron poçt vasitəsi ilə göndərilir. 

11.5. Bu Müqavilənin qüvvədə olduğu müddətdə aşağıda göstərilən ünvanında və rekvizitlərində dəyişikliklər baş vermiş Tərəf bu barədə digər Tərəfi 3 (üç) iş günü müddətində yazılı formada xəbərdar etməlidir.

11.6. Müqavilə hər bir Tərəfə 1 (bir) əsl nüsхəsi təqdim еdilməklə 2 (iki) еyni əsl nüsхədə Azərbaycan dilində tərtib еdilmişdir.