• Bu Müqavilənin icrası ərzində və ya nəticəsində Tərəflərin biri-birinə təqdim etdikləri, bildirdikləri və ya açıqladıqları bütün məlumat (şifahi və ya yazılı şəkildə təqdim edilməsindən asılı olmayaraq), xüsusilə Tərəflər arasında razılaşdırılmış qiymətlərə dair hər hansı məlumatlar məxfi (bundan sonra “Məxfi Məlumat» adlanacaq) sayılacaq.

 

  • Bu Müqavilənin qüvvədə olduğu bütün müddət və həmin müddətdən sonrakı 5 (beş) təqvim ili ərzində Tərəflər Məxfi Məlumatların tam məxfi saxlanılmasını təmin edəcəklər.

 

  • 7.3. Məxfi Məlumatın açıqlanması digər Tərəfin qabaqcadan verilmiş yazılı razılığı əsasında və ya müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mümkündür.