• 2.1. Malların qiyməti və qiymətlərin qüvvədə olma müddəti “Satıcı” tərəfindən “Alıcı”-ya göndərilən həftəlik qiymət cədvəllərinə (prays list) əsasən təyin olunur. “Satıcı” həftəlik qiymət cədvəlini hər həftənin 1-ci iş günündə e-mail vasitəsi ilə “Alıcı”-ya göndərir.

 

  • 2.2. Bu Müqavilənin 3.5-ci və 3.6-cı maddəsindəki şərtlər nəzərə alınmaqla, Alıcının müvafiq Satış nöqtəsi Satıcıdan təqvim ayı ərzində aldığı Malların qiymətini növbəti təqvim ayının 10-na qədər tam şəkildə ödəməlidir. “Alıcı” malların dəyərini müqavilədə göstərilən bank hesabına, ƏDV məbləğini “Satıcı”-nın ƏDV sub-uçot hesabına köçürtməyi öhdəsinə götürür.

 

  • Alıcı Satıcıdan sifariş etdiyi Malları yalnız bu Müqavilənin 4.2-ci bəndində göstərilən qaydada Satıcıdan qəbul etməməyə bilər